Tədbirdə iştirak edən brendin təsisçisi Devid Benedek OLAY-ın suallarını cavablandırıb.
O, parfümerliyə həvəsinin yaranmasından söz açıb:
“Nənəmin Parisdə evi var idi. Şüşəbənddə çoxlu güllər yetişdirirdi. Çiçəklərin yaz aylarındakı ətri hələ də burnumdadır. Nənəmlə babam 1950-ci ildə Parisə köçüb, orada ətir dükanı açıblar. Ətirə olan sevgim oradan yaranıb. Nənəm mənim ən yaxşı dostum idi. Onun otağında çoxlu ətirlər var idi. Hər şeyi onunla paylaşırdım. Ona deyirdim ki, ətirləri çox sevirəm, məni çox çəkir. Məni motivasiya edən nənəm idi. Başqa bir adam məni ilhamlandırmayıb”.
Parfümerliyin sevdiyi tərəflərindən danışan Devid sevimli ətirləri barədə bu fikirləri deyib:
Rəssam necə rənglərlə oynayaraq gözəl bir əsər yaradırsa, parfümeriya sənayesi də eynidir. Bizdə heç bir məhdudiyyət yoxdur. Müxtəlif xammallar var, onlardan istifadə edərək yekunda gözəl bir nəticə əldə edə bilərsən. Biz çox sərbəstik! Ən sevdiyim ətir nənəmi xatırladan “Bouquet de Hongrie”dir. Bir zamanlar Rumıniyaya qayıtmışdım. Orada çoxlu evlər və yaşıllıqlar var idi. Bundan ilhamlanaraq o ətri yaratdım. Çox incə və zərif güllərdən istifadə etmişəm.
Digər sevdiyim parfüm “Gris Charnel” adlanır. Orada Parisin həssaslığını göstərmişəm. O ətirlərdə daha çox odun elementləri istifadə olunub. Mənim də ən sevdiyim məhz bu ətirdir.
Adətən ətirlərimi kolleksiyalarda birləşdirirəm. Burada Parislə bağlılıq çoxdur deyə, parislilərin xüsusiyyətini, şəhəri xarakterizə edən ətirləri daha çox yaradıram”.
Benedek bildirib ki, parfümer dünyasına yeni nəfəs gətirib:
“Gənclərin ürəyinə yatımlı olan ətirlər istehsal etməyə başladım, bu, yeni nəfəs idi. Baxmayaraq ki, brendimizi tanıyırlar, ancaq hələ də gənc sayılırıq. Ətrafımızda nəhənglər, rəqiblərimiz var. Onların arasında tanınmaq, fərqlənmək bizim çətinliyimizdir”.
BDK sahibi yüksək səviyyəli brend olmağın ən vacib keyfiyyəti barədə danışıb:
“Yüksək səviyyəli brend olmaq üçün dürüst yanaşma olmalıdır. Nəyisə yaradanda yaxşı bir səbəbin olmalıdır. Mənim səbəbim isə odur ki, ən yaxşı keyfiyyəti təqdim etmək istəyirəm. Yüksək keyfiyyətli xammaldan istifadə edirəm. Bunun üçün uzaq yerlərə gedirəm. İkinci məsələ səndən asılı olmayan məsələdir”. Devid son olaraq parfümer olmaq istəyənlərə “Heç vaxt nəsə alınmayanda, həvəsdən düşməsinlər. Onlar işlərini sevirlərsə, bir gün bütün qapılar üzünə açılacaq”, - deyə, bildirib.
BDK brendinin yeni ətri “Adore”da!
“Adore Kompani” Dubayda ilin ən uğurlu
biznes mükafatına layiq görülüb
Nightology brendinin yeni ətirlərinin təqdimatı.