Azərbaycan şirkəti olan “Adore Kompani” son 2 ildə etdiyi müsbət dəyişikliklərlə Dubay Biznes İnstitutu Təşkilatının diqqətindən kənarda qalmamış və bu uğurlu nailiyyətlərinə görə Təşkilatın beynəlxalq səviyyədə tanınmış “International Business” jurnalı tərəfindən ilin ən uğurlu biznes mükafatına layiq görülmüşdür.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mükafatlandırma mərasimində “Adore Kompani” şirkətinin direktoru Nərmin İsmayılova beynəlxalq prestijə sahib bu İnstitutun mükafatını şirkət adından qəbul etmişdir.
Tədbirdə çıxış edən Nərmin İsmayılova İnstitut tərəfindən mükafatlandırılmaya görə təşəkkürünü ifadə etmişdir. N.İsmayılova şirkətin Azərbaycanda 400-dən artıq brendin məhsulunu təqdim etdiyini bildirmiş, eyni zamanda “Adore Kompani”nin dünyanın bir sıra ölkələrində şəbəkələrinin tezliklə fəaliyyətə başlamasının hədəflərindən biri olduğunu diqqətə çatdırmışdır.
BDK brendinin yeni ətri “Adore”da!
“Adore Kompani” Dubayda ilin ən uğurlu
biznes mükafatına layiq görülüb
Nightology brendinin yeni ətirlərinin təqdimatı.