Adore Şirkətinin Gənclik Mall-da yerləşən mağazasında Nightology tədbiri keçirilmişdir. Bu tədbirin əsas mövzusu astrologiya ilə ətirlər arasında olan güclü əlaqədən bəhs etmək və eyni zamanda Adore şirkətində yenicə təmsil olunan Nightology brendinin ətirləri ilə qonaqları yaxından tanış etmək idi.
Tədbirin fəxri qonağı astroloq Nigar Əsgərova ətirlərin insanlara müsbət təsirindən bəhs etmiş, insan zövqünə, sağlamlığına və emosiyaların idarə edilməsində müstəsna rolunu xüsusi vurğulamışdır. Astrologiyada planetlərinin fenomen əlaqəsi haqqında məlumat verilmişdir. Planetlərin və ətirlərin insan duyğularında yaratdığı dəyişikliklər haqqındaki məlumatlar qonaqlarda daha çox marağa səbəb olmuşdur.
Tədbirdə qonaqlara öz bürclərinə uyğun Nightology brendi ilə yanaşı dünyaca məşhur digər ətir brendlərinin məhsulları ilə yaxından tanış olmaq, verilən məlumatları əyani olaraq test etmək imkanı yaradılmışdır.
BDK brendinin yeni ətri “Adore”da!
“Adore Kompani” Dubayda ilin ən uğurlu
biznes mükafatına layiq görülüb
Nightology brendinin yeni ətirlərinin təqdimatı.