Sabina Dəniz Mall mağazasında 8 Mart Beynəlxalq Qadınlar Günü şərəfinə yaz əhval-ruhiyyəsinə həsr olunmuş tədbir keçirilmişdir. Ətirlər əhvalımıza necə təsir edir? Məhz bu şüar altında Sabina mağazalar şəbəkəsi bu tədbirin bütün qonaqları üçün xoş sürpriz etmişdir. Tədbirin əsas qonağı məşhur aroma-məşqçi və olfaktoterapevt Sevda Həmidova olmuşdur. O, qonaqlara ətirlərin gizli imkanlarını və onlardan insanın psixo-emosional vəziyyətini düzəltmək üçün necə istifadə oluna biləcəyini izah etmişdir.

Sabina mağazalar şəbəkəsinin kollektivi qonaqlar üçün hər kəsə yaraşacaq və sahibini şadlandıracaq yaz çiçəkli ətirlərindən seçim hazırlamışdır. Həmçinin tədbirdə Sabina mağazalarında yenicə təmsil olunan və 8 Mart üçün əla hədiyyə olacaq yeni fransız niş brend - BDK təqdim olunmuşdur.

Qonaqlar üçün daha bir sürpriz məşhur rep ifaçısı Elşad Xosenin öz hitlərinin canlı ifası olmuşdur.