Uzun illərdir ki, Adore incəlik və gözəlliyin sinonimidir, burada gözəllik xidmətlərinin peşəkarlığının və keyfiyyətinin yüksəldilməsi də xüsusi yer tutur. Yanvarın 11-də təntənəli tədbir - “ULDUZ ADORE 2023”ün finalı keçirilmişdir.
Bu dəfə də Adore gözəllik sənayesini inkişaf etdirmək üçün möhtəşəm və irimiqyaslı layihə ilə hər kəsi heyran etdi. “ULDUZ ADORE” Azərbaycan qadınlarının gözəlliyinə, peşəkarlığına və istedadlarının tərənnümünə həsr olunmuş möhtəşəm layihədir və bu layihə Adore şirkətinin təlim meneceri Aleksandr Rubandan ilhamlanmışdır.
"ULDUZ ADORE" müsabiqəsi 3 əsas mərhələyə bölünüb: "Cavan Ulduz" - dəriyə qulluq, "Gözəl Ulduz" - makiyaj, "Dəbli Ulduz" - saç düzümü. Müsabiqədə iştirak etmək üçün şirkətin bütün mağaza şəbəkəsindən 19 məsləhətçi seçilib və onlardan yalnız biri yekdil səsvermə ilə ən yaxşıların ən yaxşısı, “ULDUZ ADORE” fəxri adının layiqli daşıyıcısı seçilib. Müsabiqə 3 mərhələdə keçirilib və şirkətin ən yaxşı mütəxəssisləri: vizaj mütəxəssisi Natalya İsmayılova, Gazelli House-un aparıcı kosmetoloqu Dilşad Məmmədova, eləcə də təlim meneceri-saç mütəxəssisi Kamilla İbrahimovadan peşəkar ustad dərsləri keçirilib. “Ulduz Adore” iştirakçılarının təlimi üç aydan çox davam etdi. 2 qrupa bölünən iştirakçılar hər istiqamət üzrə, Bakı şəhərinin ən məşhur yerlərindən birində - Gazelli House-da məşq ediblər. Ustad dərslərinin keçiriləcəyi yer təsadüfi seçilməyib. Gazelli House gözəllik və estetika sinonimi olan bir məkandır, buranın hər guşəsi ayrı bir sənət əsəri kimidir.
Layihənin əsas məqsədi Adore və Sabina mağaza məsləhətçilərinin peşəkar bacarıqlarının artırılması, xidmətlərin keyfiyyətinin artırılması və müştərilərlə işləməkdə əldə edilmiş bacarıqların tətbiqi olmuşdur. Bütövlükdə iştirakçıların hər birinin satışlarının effektivliyi də qiymətləndirilmişdir.
“ULDUZ ADORE” müsabiqəsinin baş sponsorları şirkətin Gazelli Skincare, Collistar, Aroma Collection, Wella Professional və Londa Professional kimi aparıcı brendləri olub.
Layihənin hər bir iştirakçısı makiyaj, üz baxımı və saç düzümünün hər 3 mərhələsində bütün peşəkar texnikanın tətbiq olunduğu yekun işlərini hamıya təqdim etməli idi. Yekun müsabiqə işi iştirakçıların hər birinin işinin keyfiyyətcə və diqqətlə qiymətləndirilməsi və 10 finalçının müəyyənləşdirilməsi olub ki, bunlar arasında ULDUZ ADORE - 2023 1-ci yer, ULDUZ ADORE - 2023 2-ci yer, ULDUZ ADORE – 2023 3-cü yer müəyyənləşmişdir.
ULDUZ ADORE müsabiqəsinin finalçıları Aydan Salamova, İradə Mütəllimova, Nərmin Bağırova, Elvina Myasoutova, Günel Məmmədova, Səriyə Əliyeva, Aysel Məmmədova, Tamilla Muradova, Svetlana Həsənova, Kəmalə Əliyeva seçilmişdir. Son dəfilə və işlərinin video baxışından sonra bütün Grand Beauty Show tamaşaçıları səsvermə və iştirakçıların hər birinin işini qiymətləndirmək üçün unikal imkan əldə etmişlər.
Nəticədə ULDUZ ADORE 2023 müsabiqəsinin 1-ci yer qalibi Kəmalə Əliyeva, 2-ci yer qalibi Aysel Məmmədova, 3-cü yer qalibi isə Nərmin Bağırova təntənəli şəkildə elan edilmişdir.
BDK brendinin yeni ətri “Adore”da!
“Adore Kompani” Dubayda ilin ən uğurlu
biznes mükafatına layiq görülüb
Nightology brendinin yeni ətirlərinin təqdimatı.